Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu

  • 15.12.2017
  • 0

Rusiyanın “Zvezda” telekanalında yayımlanan siyasi tok-şou zamanı azərbaycanlı jurnalist Fuad Abbasov ermənistanlı ekspert Sarkis Tsaturyanla əlbəyaxa olub. Oxu.Az xəbər verir ki, Bu barədə Fuad Abbasov öz sosial şəbəkə hesabında paylaşım edib. Tok-şouda müzakirə mövzusu isə Türkiyə-Rusiya münasibətləri olub. Türkiyə ilə bağlı səslənən təhqiramiz fikirlərə sərt reaksiya verən Fuad Abbasov Tsaturyanla üz-üzə gəlib.

Nə düşünürsən?