"Bitcoin"un əsas sərmayədarı kimdir

  • 15.12.2017
  • 0

"Bitcoin" kriptovalyutası ətrafında son zamanlar yaranan ajiotajın səbəbkarı Yaponiya xalqıdır". Oxu.Az xəbər verir ki, bu barədə APA TV Türkiyə mətbuatına istinadən məlumat yayıb. "Deutsche Bank"ın analitikləri deyib ki, Çindəki "Bitcoin" birjalarının bağlanmasından sonra bu sahədə öncüllük yaponlara keçib. O cümlədən hazırda bu kriptovalyuta ilə ümumi ticarət həcminin 32 faizi ABŞ dolları ilə həyata keçirilib. Dünyanın ən iri kriptovalyutası olan "Bitcoin"un kursu oktyabr-noyabr ayları ərzində 127 faiz dəyər qazanıb. Bu ilin əvvəlində dəyəri 1000 dollar olan "Bitcoin" il ərzində 16,55 dəfə bahalaşıb.

Nə düşünürsən?