Bakıda binalar sökülür, sakinlər ayağa qalxdı

  • 15.12.2017
  • 0

Paytaxtda növbəti söküntü qalmaqalı: sakinləri heç kim dinləmir Uzun müddətdir ki, paytaxtın müxtəlif ərazilərində söküntü-tikinti işləri aparılır. Nazirlər Kabinetinin müvafiq qərarı ilə köhnə binalar sökülüb yeniləri ilə əvəz edilməli və sakinlər yeni mənzillərlə təmin edilməlidir. Qərarda, həmçinin qeyd edilir ki, qəzalı vəziyyətdə olan binaları söküb, yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri yeni yaşayış binası tikilənədək köçürülən sakinlərin kirayə pulunu ödəməli və həmin sakinlərə yeni tikiləcək binada müvafiq mənzillər ayrılmalıdır. Və bütün bu proses hüquqi və fiziki şəxslərin razılığı ilə həyata keçirilməlidir. O da nəzərdə tutulur ki, hüquqi və fiziki şəxslərin razılığı ilə mülkiyyətlərində və ya istifadələrində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq dəyəri ödənilməklə əldə edilməsi və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmalıdır. Ancaq təəssüf olsun ki, bəzi tikinti şirkətləri və onların himayədarları olan rayon icra hakimiyyətləri heç də hər zaman müvafiq qərarın bəndlərini nəzərə almır. Belə xoşagəlməz hallar da sakinlərin ciddi etirazına səbəb olur, hətta aksiyalar keçirilməsi ilə nəticələnir.

Nə düşünürsən?