Mehman həbsdə qaldı

  • 15.12.2017
  • 0

Bu gün Bakı Apellyasiya Məhkəməsində video-bloqqer Mehman Hüseynovun məhkəməsi keçirilib. Hakim Əflatun Qasımovun icraatında olan prosesdə hökm qüvvədə saxlanılıb. M.Hüseynov həbsdə qalıb. M. Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin ona qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə həbs edilib. Suraxanı rayon məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Nə düşünürsən?