Milli Məclisin növbəti plenar iclası keçirilib

  • 15.12.2017
  • 0

Azərbaycan Silahlı Qüvvələrinə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək hüququ verilir. Silahlı qüvvələr dedikdə isə, təkcə Müdafiə Nazirliyinin tabeyliyində olan qoşunlar deyil, ümumilikdə bütün hərbi birləşmələr başa düşülür. Bütün bunlar bu gün Milli Məclisdə müzakirəyə çıxarılan "Silahlı qüvvələri haqqında" qanun layihəsində öz əksini tapıb. Layihə bu günkü plenar iclasda 2-ci oxunuşda qəbul edilib. Müzakirələr zamanı bəzi millət vəkilləri tərəfindən orduya ictimai nəzarətin gücləndirilməsi təklif edilib. Amma bu təklif birmənalı qarşılanmayıb. Milli Məclisdə Seçki Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi də qəbul edilib. Dəyişikliyə əsasən etik davranış qaydalarını kobud şəkildə pozan deputatların mandatı Mərkəzi Seçki Komisyası tərəfindən ləğv edilə bilər. Eyni zamanda Mülki Məcəlləyə edilən dəyişikliklə eyni mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan mexanizm yaradılır. Bu da daxil olmaqla ümumilikdə plenar iclasda 39 qanuna dəyişiklik qəbul edilib.

Nə düşünürsən?