Nura Suri yalanını etiraf etdi

  • 15.04.2024
  • 0

Nura Suri klipi üçün yalandan təqib olunması ilə bağlı ssenari qurmasını canlı yayımda etiraf edib.

“7 canlı” verilişinin qonağı olan ifaçı təqib yalanını yeni çəkdirdiyi klipi üçün uydurduğunu açıqlayıb:

“Xaricdə məşhurlar klipi çıxmamışdan öncə bu cür çəkilişlər edir. Mən də etmək istədim, onlar bunu daha professional çəkilişlə edirlər, amma düşündüm ki, professional çəkiliş olsa, insanlar inanmayacaq, buna görə elə öz telefonumla çəkdim. Çox insan narahat oldu, hətta sənət dostlarım da məni yığırdı, utanırdım, doğrsunu deyə də bilmirdim”.

Bu açıqlama qısa zaman ərzində sosial şəbəkələrdə yayılıb və ifaçı bəzi istifadəçilər tərəfindən tənqid edilib. Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) də müğənnini qınayanlar sırasında olub.

O, “Bu heç də yaxşı deyil. Verilişə baxsınlar deyə belə yalan demək heç yerində deyil. Nura dostumdur, amma bu, polisi və başqa qurumları dolamaqdır” -, deyə iradını bildirib.

 

 

 

Nə düşünürsən?