38 yaşlı qadın özünü dənizə atdı

  • 23.06.2023
  • 0

Dənizkənarı Milli Park ərazisində 38 yaşlı qadın özünü dənizə atıb.

“Qafqazinfo” xəbər verir ki, qadın FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.

O, təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Hadisənin baş vermə səbəbi araşdırılır.

FHN-dən bildirilib ki, həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1985-ci il təvəllüdlü C.Əliyeva dalğıclar tərəfindən xilas edilərək, ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.
 

Nə düşünürsən?