Məxfilik siyasəti

Məxfilik siyasəti (bundan sonra – “Siyasət”) “BAX.TV” servisindən, o cümlədən də Saytdan istifadə edən qlobal İnternet şəbəkəsinin istifadəçisi (bundan sonra – “İstifadəçi”) haqqında Media Çalışmaları MMC-nin (bundan sonra “Administrasiya”) əldə edə biləcəyi bütün informasiya və məlumatlara şamil edilir.

İstifadəçinin BAX.TV-dən istifadəsi, onun Siyasət və orada ona aid şəxsi məlumatın işlənməsinə dair göstərilən şərtlər ilə razılaşdığını bildirir.

Əgər İstifadəçi cari siyasətin şərtləri ilə razı deyilsə, Siyasətin fəaliyyətinin dayandırılması üçün BAX.TV-dən, o cümlədən də Saytdan istifadə etməməlidir. 

  1. TV-nin İstifadəçiyə aid aldığı və tətbiq etdiyi şəxsi informasiya

1.1.  Bu Siyasət çərçivəsində “İstifadəçinin şəxsi informasiyası” adı altında aşağıdakılar nəzərdə tutulur:

1.1.1. İstifadəçinin saytda qeydiyyatdan keçərkən (hesab yaradılarkən) təqdim etdiyi şəxsi məlumat.

Xüsusi qeyd edilmiş və təqdim edilməsi mütləq olan informasiyaya aşağıdakılar daxildir:

  • İstifadəçi adı;
  • İstifadəçinin işlək elektron ünvanı;
  • İstifadəçi sazişi və Məxfilik siyasətinin şərtləri ilə razılıq.

Mütləq olmayan informasiyaya aşağıdakılar daxildir:

  • Avatar (Nikin yanında istifadəçinin yerləşdiridyi şəkil);
  • Saytda istifadəçi adı (Nik);
  • Cinsi;
  • Doğum tarixi. 

1.1.2 İstifadəçinin qurğusunda quraşdırılmış proqram təminatının yardımı ilə BAX.TV vasitəsilə avtomatik ötürülən məlumatlar, o cümlədən İP-adres (İstifadəçinin EHM unikal nömrəsi), cookie-dən informasiya (İstifadəçinin brauzerini eyniləşdirmək, İstifadəçinin ayarlarının saxlanılması və digər məlumatlar), İstifadəçinin brauzerinə dair məlumat (və ya BAX.TV-a çıxışın həyata keçirildiyi digər proqram), çıxış vaxtı, açılan səhifənin ünvanı.

1.2. Cari Siyasət yalnız BAX.TV-də tətbiq edilir. BAX.TV İstifadəçinin keçidlər vasitəsilə üçüncü şəxslərin saytlarına çıxışına nəzarət etmir və İstifadəçi tərəfindən təqdim edilən informasiyanın üçüncü şəxslərin saytında istifadəsinə görə cavabdehlik daşımır.

1.3. Administrasiya İstifadəçinin doğru informasiya təqdim edəcəyindən və bu məlumatın aktual olmasından çıxış edərək İstifadəçi tərəfindən təqdim edilən məlumatın həqiqətə uyğun olmasını yoxlamır və onun fəaliyyətinə nəzarət etmir. 

  1. İstifadəçilərin şəxsi məlumatlarının toplanması və istifadəsi məqsədləri

2.1. BAX.TV İstifadəçinin yalnız xidmət üçün (İstifadəçi ilə saziş və müqavilələrin yerinə yetirilməsi) lazımlı olan şəxsi məlumatı toplayır və saxlayır.

2.2. İstifadəçinin şəxsi informasiyası BAX.TV tərəfindən aşağıdakı məqsədlərlə istifadə edilə bilər:

2.2.1. BAX.TV ilə saziş çərçivəsində tərəfin identifikasiyası;

2.2.2. BAX.TV-nin istifadəsinə dair bildirişlərin, sorğuların və məlumatın göndərilməsi yolu ilə qarşılıqlı fəaliyyət, eləcə də İstifadəçi tərəfindən sorğu və müraciətlərin işlənməsi və xidmət göstərilməsi;

2.2.3. İstifadəçiyə xüsusi xidmətlərin göstərilməsi;

2.2.4. BAX.TV-nin mövcud xidmətlərinin ümumi keyfiyyətinin və funksionallığının yüksəldilməsi, eləcə də istifadəçi üçün yeni servis və xidmət növlərinin hazırlanması;

2.2.5. Reklam materiallarının və kontentin targetləndirilməsi;

2.2.6. Məlumatlar əsasında statistik və digər tədqiqatların aparılması;

2.3. Cari Siyasətdə göstərilməmiş məqsədlər üçün İstifadəçinin şəxsi məlumatlarının istifadəsi lazım olduqda BAX.TV İstifadəçidən bunun üçün öncədən icazə və razılıq istəyir. 

  1. İstifadəçinin şəxsi məlumatlarının işlənməsi və onun üçüncü şəxslərə ötürülmə şərtləri

3.1. İstifadəçinin şəxsi məlumatlarının işlənməsi BAX.TV tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.

3.2. İstifadəçi məlumatı hamı üçün açıq şəkildə qoyduğu hal istisna olmaqla, bütün digər hallarda şəxsi məlumatlara dair məxfilik qorunub saxlanılır.

3.3. BAX.TV İstifadəçinin şəxsi məlumatını üçüncü şəxslərə aşağıdakı hallarda ötürmək haqqına sahibdir:

3.3.1. İstifadəçi buna razılıq verdikdə;

3.3.2. Məlumatların ötürülməsinin İstifadəçiyə xidmət üçün lazım olduqda;

3.3.4. Məlumatların ötürülməsi Azərbaycan Respublikasının cari qanunvericiliyinin icrası (o cümlədən İstifadəçiyə xəbərdarlıq və ya onun qanunsuz, eləcə də hüquq normalarına zidd olan addımlarının qarşısını almaq) üçün vacibdir. İstifadəçi tərəfindən təqdim edilən məlumatın açıqlanması yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmə, hüquq-mühafizə orqanlarının tələbi, həmçinin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda həyata keçirilə bilər. 

  1. İstifadəçi tərəfindən şəxsi informasiyanın dəyişdirilməsi

4.1. İstifadəçi istənilən an profil bölməsinə daxil olaraq redaktə funksiyasından istifadə edərək, təqdim etdiyi məlumata və ya məlumatın bir hissəsinə dəyişikliklər və ya əlavələr edə bilər;

4.2. İstifadəçi həmçinin istədiyi an “Hesabı sil” funksiyasından istifadə edərək qeydiyyatını silə bilər. 

  1. İstifadəçilərin şəxsi məlumatlarının mühafizəsi üçün həyata keçirilən tədbirlər

5.1. BAX.TV İstifadəçinin şəxsi məlumatının qeyri-qanuni əldə edilməsindən, məhv edilməsindən, dəyişdirilməsindən, blok edilməsindən, köçürülməsindən, yayılmasından, eləcə də üçüncü şəxslərin bu informasiyanı qanunsuz istifadə etməsindən qorumaq üçün lazımi texniki tədbirlər həyata keçirir.

5.2. İstifadəçinin şəxsi məlumatına çıxış, yalnız saytın fəaliyyətini təmin etmək, fəaliyyət səviyyəsini yüksəltmək, İstifadəçiyə xidmət göstərmək üçün bu informasiyaya ehtiyacı olan administrasiya işçilərinə, podratçılara və tərəfdaşlara Administrasiya tərəfindən verilir.

Cari siyasət yalnız BAX.TV saytında tətbiq edilə bilər. 

BAX.TV İstifadəçinin keçidlərdən istifadə edərək daxil olduğu üçüncü şəxslərin saytları və servisləri, eləcə də bu resursların məzmununa nəzarət etmir və bunun üçün məsuliyyət daşımır.

Siyasətdə istənilən dəyişikliklər siyasətin saytda yeni redaktəsinin dərc edildiyi andan etibarən qüvvəyə minir. İstifadəçinin siyasətin yeni redaktəsinin dərc edilməsindən sonra BAX.TV-dən istifadəsi, onun bu siyasətdəki dəyişikliklər ilə razılaşdığı anlamına gələcək. Qüvvəyə minən dəyişikliklər ilə razı olmadığı halda, İstifadəçi müstəqil şəkildə BAX.TV-dən istifadəsini dayandırmalı və öz hesabını silməlidir. Mövcud siyasətdə Azərbaycan Respublikasının hüquq normaları tətbiq edilir. Siyasətə dair bütün mübahisələr Azərbaycan Respublikasının Qanunvericiliyi ilə Administrasiyanın yerləşdiyi yer üzrə məhkəmədə həll edilir.