Kanalların tərtibatına dair tövsiyyələr

Kanalınız izləyicilərin diqqətini ilk növbədə maraqlı videolar ilə çəkməlidir. Abunəçi sayının çox olması, videolara yüksək baxış sayı sizə Bax.tv kanalında populyarlıq qazanmağa və tərəfdaşlıq proqramı çərçivəsində qazanc əldə etməyə imkan verəcək. 

Kanalınızı yeni abunəçilər üçün cəlbedici şəkildə tərtib edin, yeni videolar hazırlayın və yükləyin. 

Kanalınızı istədiyiniz kimi tərtib edin. 

1. İlk olaraq kanalın adını seçin 

Kanalınızın adı yalnız kanal səhifəsində deyil, həmçinin hər bir videonun altında, kataloqdakı video xəritədə və sizin digər videolara bildirdiyiniz şərhlərin yanında göstəriləcəkdir. Hər şey ilk addımdan başlayır: qeydiyyatdan keçən zaman sistem tərəfindən müəyyən edilmiş nömrəyə sahib olmayan bir istifadəçi olaraq qalmaq istəmirsiniz düzdürmü?

2. Kanal üçün userpic (avatar, profil şəkli) seçin

Əgər siz hər hansı bir təşkilatı təmsil edirsinizsə, biz sizə həmin təşkilatın loqosunu userpic olaraq istifadə etməyi tövsiyə edirik.  Əgər sizin video layihəniz özündə xüsusi hazırlanmış qrafik materiallarını və yaxud loqonu əks etdirirsə, o zaman tanınabilən və yaddaqalan olması üçün onları istifadə edin. 

3. Kanalın örtük şəklini yükləyin

Örtük şəkilini seçməyən istifadəçilərin hesabında görünən şəkil bizim dizaynerlər tərəfindən hazırlanmış olandır. Əlbəttə ki, bu gözəl şəkildir (əks halda biz onu yükləməzdik), lakin abunəçiləri cəlb etmək və populyarlıq qazanmaq baxımından kanalınızın mövzusu ilə bağlı örtük şəkli seçmək effektiv olacaq. Əgər saytınızı tərtib edərkən və ya sosial şəbəkələrdə hesab yaradarkən istifadə etdiyiniz qrafik materiallar varsa, və ya hər hansı brendi və şirkəti təmsil edirsinizsə, onları sizin Bax.tv saytındakı kanalınızın örtük şəklində istifadə etməyiniz tövsiyə olunur. 

Fayl üçün texniki tövsiyələr: 1046×200 pikseldən az olmamaq şərti ilə 5 MB-a qədər; format – *.jpeg, *.png və ya *.gif. Həmçinin, kanalın örtük şəklinin arxa fon rəngini də seçə bilərsiniz.

4. Kanal barədə açıqlama əlavə edin

Bu halda, siz kanalınız, yüklədiyiniz və yükləyəcəyiniz videolar baradə məlumat verə bilərsiniz, daha çox abunəçi cəlb edə və videolara baxış sayının artmasına nail ola bilərsiniz. 

Kanalınızın dizayn elementləri "18+" kateqoriyasına aid olmamalı və Azərbaycan Respublikasının qanunlarına zidd olmamalıdır. Digər istifadəçilər kanalınızın dizaynı ilə bağlı şikayət edə bilərlər və onların şikayətləri əsaslı olduğu təqdirdə, moderatorlarınız kanalınızda düzgün olmayan materialları siləcəklər. 


5. Kanalın rəsmi statusu

Bəzi kanalların adlarının qarşısında rəsmi status simvolunun mövcud olduğunu bilirik. Bu, istifadəçinin həqiqətən də kanalında yayımlanan videoların müəlliflik hüququna malik olduğunu və rəsmi kanal olduğunu göstərməkdədir. Rəsmi kanallar barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.