FAQ

Hesabın təsdiqi, qeydiyyatı və silinməsi

Nə üçün Bax.tv-də qeydiyyatdan keçməliyik?

Saytda qeydiyyatdan keçmiş səlahiyyətli istifadəçi digərləri üçün mümkün olmayan üstünlüklər əldə edir. 
  • Kanal yaradaraq videolar yükləmək. Siz kanal yaradaraq izləyicilərlə öz maraqlı video kontentinizi bölüşə bilərsiniz. 
  • Abunə olduğunuz kanallardan yeni videolar. Bizim kanallarımıza (Abunələrdən) abunə olmaqla sizin üçün maraqlı olan mövzular üzrə yeni videoları ilk olaraq izləyə bilərsiniz.
  • Video hostinq xüsusiyyətləri: Bax.tv serverlərində limitsiz sayda video saxlamaq mümkündür. 
  • Playlistlər yaratmaq və sonra bax funksiyası. Siz qeydiyyatdan keçdikdən kanalınızda playlistlər yarada bilər, digər istifadəçilərin videolarını sonra baxa əlavə edə bilərsiniz.

Bax.tv-də qeydiyyatdan keçmək üçün nə etmək lazımdır?

  • Bax.tv-də hesabın təsdiqlənməsi zamanı yalnız mövcud e-poçt ünvanı istifadə olunmalıdır. Qeydiyyat zamanı xidməti e-poçt ünvanlarının istifadə olunmaması tövsiyə edilir: Siz iş yerinizi dəyişə bilərsiniz, lakin, Bax.tv-dən daim istifadə edəcəyinizə ümid edirik. 
  • Qeydiyyatdan keçmək üçün sosial media hesablarınızdan da istifadə edə bilərsiniz.

Nə üçün qeydiyyatdan keçəndən sonra e-poçt ünvanı təsdiq olunmalıdır?

Əlaqə məlumatları düzgün daxil edilmədikdə, hesab şifrəsini bərpa etmək mümkün olmayacaq və yüklənən məzmuna giriş bəlkə də heç bir zaman mümkün olmayacaqdır. 

E-poçt ünvanınızı 7 gün ərzində təsdiq etmədiyiniz təqdirdə, müvəqqəti hesabınız ləğv ediləcək, lakin hesabla əlaqəli bütün məzmunlar serverlərimizdə gizlilik şərti ilə 30 gün müddətində saxlanılacaq. Bu müddət ərzində hesabınızı və yüklədiyiniz videoları asanlıqla bərpa etmək mümkündür. Bunun üçün e-poçtunuz və ya e-poçtunuza göndərilən müvəqqəti şifrə ilə Bax.tv-də hesabınızı təsdiq etməlisiniz. 

Müvəqqəti şifrə nədir?

Bu şifrə Bax.tv tərəfindən avtomatik şəkildə seçilir, qeydiyyatdan sonra məktub ilə göndərilir və  məlumatlar bazasında şifrələnmiş formada saxlanılır. Heç bir kəs bu şifrəni öyrənə bilməz, lakin bunu seçdiyiniz daimi bir şifrə ilə dəyişdirməyiniz tövsiyə olunur, çünki bu şifrə avtomatik şəkildə seçilir və daima yadda saxlamağınız o qədər də asan deyil. 

E-poçt ünvanını nə üçün təsdiqləmək lazımdır?

Düzgün əlaqə məlumatları daxil edilməyi təqdirdə:

  • Ekskluziv və ya faydalı məlumatımız olduğu zaman sizinlə əlaqə saxlamaq mümkün olmayacaq. Xahiş edirik unutmayasınız: Sizi maraqsız, şəxsi e-məktublarla narahat etməyəcəyik – biz yalnız həqiqətən maraqlı və çox vacib bir xəbər olanda sizə yazacayıq. Siz xəbər bülletenindən istədiyiniz zaman qeydiyyatınızı ləğv edə bilərsiniz. 
  • Hesabın şifrənizi bərpa edə bilməyəcəksiniz və bəlkə də yüklədiyiniz məzmuna giriş haqqını daimi olaraq itirəcəksiniz. 

Sosial şəbəkələrdən istifadə edərək tez qeydiyyatdan keçmək mümkündür. Niyə mən Bax.tv-də hesab yaratmalıyam?

Sizə avtomatik olaraq Bax.tv hesabı yaradılır ona görə ki:

  • Əlavə prosedurlardan keçmədən Bax.tv-də məzmun yükləmək mümkün olsun;
  • Bax.tv-yə yüklədiyiniz məzmuna istədiyiniz zaman daxil ola bilmək üçün;
  • Hesabınızı, bütün aidiyyatı məlumatları və yüklədiyiniz məzmunu idarə edə bilmək üçün;
  • Bax.tv-ın İstifadəçi Sazişi və Məxfilik Siyasətinə (hər ikisinə hiperlink vermək) uyğun olaraq müəllif hüquq və öhdəliklərini əldə etmək üçün 

Şifrəni necə dəyişmək olar?

Bax.tv-yə daxil olun, Hesabınıza keçərək “Ayarlar”-dan göstərilənləri yerinə yetirin.

Şifrəni necə bərpa etmək olar?

Sağ tərəf yuxarı küncdə olan “Giriş” düyməsinə klikləyin, açılan pəncərədə “Şifrəni unutdum” düyməsini seçin, qeydiyyatdan keçən zaman istifadə etdiyiniz e-poçt ünvanını daxil edin və həmin e-poçt ünvanına göndərilən göstərişlərə əməl edin. 

Daxil olmaq istəyirəm, lakin belə bir istifadəçinin mövcud olmadığı və ya şifrənin yanlış olduğu bildirilir. Bu zaman nə etmək lazımdır?

Hər etimala qarşı daxil etdiyiniz məlumatların düzgünlüyünü yoxlayın. Əgər alınmasa o zaman e-poçt ünvanınız üçün şifrənizi yeniləməyə cəhd edin. Bu proses də ugursuz olarsa, o zaman probleminizi [email protected] ünvanına yazmaqla bildirin.

Qeydiyyatdan keçdim və şifrəni bərpa etməyə çalışdım, lakin Bax.tv-dən mənə hələ də məktub gəlmir. Nə etmək lazımdır? 

Əgər istənməyənlər (spam) qovluğunda Bax.tv-dən göndərilən bir məktub yoxdursa, tez bir zamanda probleminizi [email protected] ünvanına yazmaqla bu baradə məlumat bildirməyiniz xahiş olunur. 

Hesabımı silmək üçün nə etməliyəm?

Hesabınız silinəndən sonra hesabınız və yüklədiyiniz bütün videolar silinmiş kimi işarələnir. Həmin videoları və Bax.tv-da və digər saytlarda embed kodu vasitəsilə paylaşılan videoları axtarmaq və baxmaq mümkünsüz olacaqdır. Hesaba giriş və hesabda olan bütün məzmunların bərpası otuz gündən sonra mümkün olmayacaqdır. Hesabın silinməsindən otuz gün sonra sizin bütün məlumatlarınız bərpa olunmamaq üzrə bütün Bax.tv serverlərindən silinəcək. 

Hesab silindikdən sonra necə bərpa edilə bilər?

Əgər hesabın silinməsindən 30 gündən az müddət keçibsə, siz Bax.tv-yə adi qaydada daxil ola bilərsiniz və sizin hesabınız avtomatik şəkildə bərpa olunacaqdır (həmçinin yüklədiyiniz bütün videolar bərpa olunacaqdır). Əgər hesabın silinməsindən 30 gündən çox müddət keçibsə, hesabın bərpası mümkün deyildir. 

Sayta daxil ola bilmirəm, çünki hesabım bloklanıb. 

Çox güman ki, siz qeydiyyatdan keçən zaman öhdəlik götürdüyünüz İstifadəçi Sazişinin müddəalarından birini pozmusunuz. Hesabın bloklanmasının səbəbini öyrənmək üçün [email protected] e-poçtuna məktub ünvanlayın. 

İstifadəçi kanalı: qeydiyyat və rəsmi status

Populyarlıq qazanmaq və tərəfdaşlıq proqramında iştirak etmək istəyirsinizsə, sizin kanalınız izləyicilərin diqqətini ilk növbədə maraqlı videolar ilə cəlb etməlidir. Lakin bu prosesdə sizin hesabınızı və videolarınızı necə təqdim etməyinizdə böyük rol oynayır. Hər bir istifadəçinin kanalını adlandırmaq, profil (avatar) və örtük şəkli qoymaq və kanalı təsvir (xülasə) etmək imkanı vardır. Əgər istifadəçi həqiqətəndə, yüklədiyi videoların müəlliflik hüququna malikdirsə, o zaman istifadəçi Bax.tv Redaksiyasından rəsmi status əldə edə bilər. Kanalın rəsmi statusu barədə ətraflı məlumat üçün buraya klikləyin. 

Video çarxların yüklənməsi 

Video çarxların yüklənməsi üçün nə etmək tələb olunur?

Bax.tv saytında qeydiyyatdan keçin və ya daxil olun. Ekranın yuxarı sağ tərəfindəki Yüklə (ox sancılmış bulud simvolu) düyməsinə klikləyin və ya bu linkə keçid edin. Yükləmək istədiyiniz videonu cihazınızdan (laptop və s.) seçdikdən sonra, videonu adlandırın və təlimatlara əməl edin. 

Yüklənən videolar üçün həcm limiti mövcuddurmu?

Bütün növ video fayların (Windows Media Video, Apple QuickTime, MPEG 1-4, 3gp, flv), həcmi 10 Gb dan və müddəti 50 dəqiqədən çox olmamalıdır.  

Yüksək keyfiyyətli video çarx yükləmək üçün nə etmək lazımdır?

Keyfiyyətli videonu aşağıdakı parametrlərlə yükləmək lazımdır:

  • Format: MP4
  • Video-kodek: H264 (MainConcept)
  • Audio-kodek: MPEG 2 ACC-LC, Stereo
  • Videonun paremetrləri: 3600 kbps dan yuxarı bitrate (bit sürəti), 1280x720 frame rate (çərçivə həddi) : 25fps, key frame (əsas çərçivə) hər 50- ci 
  • Audio parametrlər: 128 kbps, 44100 KHz bitrate (bit sürəti) 

Bax.tv-dan niyə video yükləyə bilmirəm?

Saytdan video kopyalamaq və yükləmək xidməti göstərmirik. İstifadəçi Bax.tv İstifadəçi Sazişinin 5.15 bəndini pozulmasınna səbəb olacaq videoların kopyalanmasına görə məsuliyyət daşıya bilər (Müqavilənin 5.9 bəndi). 

Çarxın üzərində “18+” işarəsi var. Bu nə deməkdir və onu necə silmək olar? 

Video çarxın səhifəsində və video player xəbərdarlıq mətnində qeyd edilən “18+” işarəsi çarxın uşaqlar tərəfindən baxılmağa tövsiyə edilmir anlamına gəlir. Yaş həddi zorakılıq və ya erotik səhnələri olan video çarxlara və həmçinin məzmununda mənadan çox söyüş olan materiallara qoyulur. Əgər hələ də video çarxınıza “18+” işarəsinin ədalətsiz yerə qoyulduğunu düşünürsünüzsə, bizə bidirin. Hər şeyi yenidən yoxlayacağıq. 

Video çarxların oynadılması zamanı yaşanan problemlər 

Çarxı yaxşı keyfiyyətdə izləyə bilmirəm. Sizdə nə isə sıradan çıxıb?

Böyük ehtimal, sizdə reklam blokeri yerləşdirilib. Bax.tv reklam gəlirləri ilə fəaliyyət göstərir. İstifadəçilər reklamları izləyir və bu bizə avadanlıqlar və mütəxəssislərin əməyini ödəməyə, videoları saxlamağa, playeri təkmilləşdirməyə imkan verir. Ədalətli olar ki, həmin istifadəçilər saytın bütün imkanlarından yararlana bilsin, reklam blokerindən istifadə edənlər isə yox.  

Bəs nə etmək lazımdır? 

Reklam blokerini söndürün.  Və ya, ən azından, saytımızı ayarlarındakı istisnalara əlavə edin.

Əgər sizdə reklam blokeri yoxdur, lakin bu haqda məlumat alırsınızsa, dəstək xidmətimizlə əlaqə saxlayın. 

Məndə video işləmir. Nə etmək lazımdır? 

Video işləmirsə, problemi aradan qaldırmaq üçün bir neçə üsul vardır. İlk və ən asan olanından başlamağı tövsiyə edirik: 

1. F5 düyməsindən istifadə edərək səhifəni yeniləyin. 

2. Video göstərmirsə və ya tez-tez yükləməyə dayanırsa, dayandırın və bir neçə dəqiqə sonra baxın. 

3. Brauzerin performansını artırın:

- brauzerin və Adobe Flash Player plagininin son versiyasının quraşdırıldığını yoxlayın;

- brauzerdə JavaScript dəstəyinin aktivləşdirdiyinizdən əmin olun;

- videonun yüklənməsini yavaşlada biləcək digər səhifələri bağlayın; 

- cache təmizləyin və cookie fayllarını silin.

4. Qeyd edilən üsullar kömək etməsə, videonu bir müddətdən sonra izləyin.