Azərbaycanda daha 226 nəfərdə koronavirus aşkarlanıb

  • 27.01.2021
  • 0

Azərbaycanda son sutkada koronavirusa 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Mia.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 229 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 717 nəfər müalicə olunaraq sağalıb, 3105 nəfər vəfat edib. Hazırda 4 762 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7458, bu günə qədər isə ümumilikdə 2 380 074 test icra olunub.

Nə düşünürsən?