Bakıda dəhşət! qadına küçənin ortasınza zor tətbiq edən kişi tutuldu

  • 08.11.2019
  • 0

Yasamal rayonu Əbilov küçəsində paytaxt sakini olan Roza Beydullayevaya qarşı soyğunçuluq edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, naməlum şəxs qadına yaxınlaşaraq onun qızıl boyunbağısını dartaraq götürməklə hadisə yerindən qaçıb.


Zərərçəkən bu barədə polisə məlumat verən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə təqsirli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elşən Qırxlarov saxlanılıb. 


Saxlanılan şəxs ifadəsində ələ keçirdiyini boyunbağını satdığını bildirib.


Faktla bağlı cinayət işi açılıb, Elşən Qırxlarovun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, onlardan aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

Nə düşünürsən?