Gədəbəydə vəhşilik: Atı şaxtada ağaca bağlayıb...

  • 26.02.2021
  • 0

Azərbaycanın Gədəbəy rayonunun Saratovka kəndində insanlığa sığmayan vəhşilik qeydə alınıb.

Oxu24.com  xəbər verir ki, "Baku.ws" saytının "qaynar xətt"inə daxil olan məlumata görə, kənd sakinləri atın ayaqlarını bağlayaraq onu ağacdan asıblar.

Adları məlum olmayan sakinlər bu əməli heyvanın onların buğda sahəsinə girdikləri üçün ediblər. BAKU.WS atın yiyəsi olan şəxslə əlaqə saxlayaraq hadisənin təfərrüatlarını öyrənib. Məlum olub ki, at Tovuz rayonu, Keşməli kənd sakini Həsənov Elton İlham oğluna məxsus olub.

Tovuz sakini bildirib ki, atı Gədəbəy sakinləri tərəfindən vəhşicəsinə öldürüblər və bununla əlaqədar polisə müraciət edib:

"Mən Tovuz sakiniyəm, Gədəbəylə sərhəd kənddə qalıram. 3 gün bundan qabaq iki atımı həyətə buraxmışdım. Onlardan biri dağı aşaraq Gədəbəy tərəfə keçib. Sonra hər yerə qar yağdı və atların ardınca gedə bilmədik. Sırağagün atamla gedib atları axtarsaq da, tapa bilmədik.

Sonra tanışlarımızdan biri zəng elədi ki, atları Gədəbəyin Saratovka kəndində iki nəfər aparıblar. Dünən atamla kəndə gedəndə gördük ki, atın birini ayaqlarını bağlayaraq ağacdan asıblar. Digər atı isə aparıblar. Atı asmaqda məqsədləri isə guya heyvanın buğda sahəsinə girməsi olub".

Nə düşünürsən?