Rayon sakini ehtiyatsızlıqdan maşınının altında qaldı

  • 24.02.2021
  • 0

Gədəbəydə bədbəxt hadisə baş verib.

Hadisə rayonun  Böyük Qaramurad kəndin qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdü Ələsgərov Lətif Qəşəm oğlu ehtiyyatsızlıqdan  özünə məxsus “QAZ 24” markalı avtomobilin altında qalaraq xəsarət alıb. Dərhal  xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 60 yaşlı kənd sakini Lətif Ələsgərovun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, mərhum şəkər xəstəliyindən əziyyət çəkirmiş. 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?