Şamaxıda karantini pozanlar belə saxlanıldı

  • 27.01.2021
  • 0

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisində qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, polislər tərəfindən Şəhriyar qəsəbəsində yerləşən çayxanaya baxış zamanı obyekti işlədən şəxsin və 9 nəfər müştərinin karantin qaydalarını pozduqları müəyyən olunub. Onlar Polis Şöbəsinə dəvət edilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Nə düşünürsən?