Bazarda tanış olduğu qızın evinə gedən Fərdanın başına iş gəldi

  • 17.02.2021
  • 0

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı aktyor Fərda Xudaverdiyev olub.
Məşhur aktyor bazarda işlədiyi vaxtlarda başına gələn dəhşətli hadisəni tamaşaçılarla bölüşüb:

“Bazarda işlədiyim vaxtlar idi, orada gözəl bir qız çay paylayırdı. Gənc vaxtlarım idi. Dilim dinc dayanmadı. Söz atdım. Qız da üzümə güldü. 1 həftə keçdi. Bir gün məni evlərinə dəvət etdi. Günorta vaxtı idi. Gəlib həyətə girdik. Gördüm qız narahatdı.

Dedim, qorxursansa mən gedim. Bu vaxt evdən əmisi çıxdı. Dedi ki, otur. Siyirmədən bıçaq çıxartdı. Bıçağı əlində fırlada-fırlada mənə dedi ki, burada nə edirsən? Dedim iş yoldaşıyıq.

Dedi ki, sənin başıvı kəsərəm, heç kim də səni tapmaz. Sonra cibindən siyahı çıxarıb dedi ki, bayram ərəfəsidi, ya burada yazılanları al, ya da pulunu ver. Cibimdə 6 şirvan pul vardı, 4-nü ona verdim. Çıxıb canımı qurtardım oradan. Başa düşdüm ki, qurma idi. Dərdləri pul imiş”.