"Bütün günü evdə dava edirlər, qırğındır"

  • 22.02.2021
  • 0

ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı müğənni Bahar Lətifqızı və Eldəniz Məmmədov olub.

Eldəniz Məmmədov Bahar Lətifqızından şikayətlənib:

"Onların əlindən evimi satmaq istəyirəm. Bütün günü dava edirlər. Qırğındır".

Daha sonra Bahar Lətifqızı yoldaşı ilə dava etmə səbəbinə aydınlıq gətirib:

"Toy yoxdur, oxumaq istəyirəm, amma oxuya bilmirəm deyə nevroz olmuşam. Bütün gün evdə dalaşıram. Eldəniz o gün mənə deyir ki, əvvəllər uşaqların səsi gəlirdi, indi ancaq səninlə yoldaşının səsi gəlir. Elə belə ürəyimdən keçir, dalaşıram. Uşaqlar da bizi ayıra bilmir, mümkün olmur"./Oxu.az

Nə düşünürsən?