Fədayə Laçının “Qoca” ilə bağlı sevgi etirafı

  • 02.11.2017
  • 0

“Space” telekanalının “Hər gün” informasiya proqramında müğənni Fədayə Laçın və “Qoca” ləqəbli sevgilisi Etibar Məmmədovla bağlı süjet yayımlanıb. Oxu.Az xəbər verir ki, ifaçı 2015-ci ildə qonaq olduğu “Məhəbbət əhvalatları” verilişində sevgi etirafı edib. Fədayə Laçın müsahibəsində “Bizi dəmir barmaqlıqlar ayırdı. O, həbsxanaya, qazamata, qara zindana düşdü. Biz qovuşmadıq. Bir dəfə xəstəxanada yatırdı. Yanında qalımaq istədim, özü də buna icazə verdi. Ən xoşbəxt günlərimi xəstəxanada yaşadım” sözlərini deyir və ağlayır. Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilərək, barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Ötən gün gecə yarısı E.Məmmədovun saxlanılması üçün keçirilən əməliyyat zamanı atışma baş verib. Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, “Qoca” ləqəbli Etibar Məmmədov olub. E.Məmmədov atışmada yaralanıb və ölüb.

Nə düşünürsən?