"Maşın" şouda yeniliklər olacaq

  • 03.10.2017
  • 0

Xəbər verdiyimiz kimi, “Maşın” realiti-şounun 15-ci sürəti “Xanımlar vs cənablar” adlı yeni buraxılışı 8 oktyabr saat 22:15-də ATV telekanalında yayımlanacaq. Şounun yayımı 18 gün nəzərdə tutulub. Buraxılışlar hər zaman olduğu kimi, canlı yayımlanacaq və avtomobil ətrafında yenə 18 iştirakçı dayanaraq yarışa başlayacaq. Oxu.Az xəbər verir ki, layihənin aparıcısı Əməkdar artist Murad Dadaşov, baş redaktor Tural Sevdimalı və layihə rəhbəri Toğrul Məmmədov bu gün media nümayəndələri ilə görüşərək, şounun yeni sürəti barədə ətraflı məlumat verib və jurnalistlərin suallarını cavablandırıblar. “Bu yubiley buraxılışda iştirakçılar cinsi bərabərlik prinsipi ilə bölünür: 9 kişi və 9 qadın iştirakçı. Çəkiliş meydançası və yayım otaqları yenidən “Azərbaycanfilm” Kinostudiyasının pavilyonunda qurulur. Studiya müasir dekorasiya və işıqlandırma qurğuları ilə, eləcə də, çəkilişlərin aparılması üçün ən son model avadanlıqlarla təchiz olunur. Burada, qidalanma və gözəllik güşələri də nəzərdə tutulur. Təntənəli və möhtəşəm açılış mərasimi zamanı yeni buraxılışda iştirak edəcək məhşur simalar izləyicilərə təqdim olunacaq və onlar haqqında hazırlanan xüsusi tanıtım çarxları yayımlanacaq. İştirakçılar arasında həm yeni, həm də vaxtilə şouda mübarizə aparmış məşhurlar da var. Sözügedən açılış mərasimi bitdikdən sonra qaydalara əsasən, hər bir iştirakçı MGP-nin xüsusi təyinatlı əməkdaşları ilə nəzərdə tutulan hotelə yollanacaq və növbəti gecədən etibarən şouda “Səsvermə”nin nəticəsinə uyğun olaraq bir iştirakçı oyunu tərk edəcək. Bu vəziyyət avtomobilin ətrafında 3 iştirakçı qalana qədər davam edəcək və son üç iştirakçı bəlli olduğu gün final başlayacaq. Hər dəfə olduğu kimi, bu dəfə də avtomobilin ətrafında ən çox qala bilən iştirakçı qalib olacaq və o, sayca 15-ci qalib kimi “Maşın” realiti-şounun tarixinə düşəcək. Qalibə “Nissan Altima” avtomobilinin “restyle” edilmiş modeli təqdim olunacaq. Avtomobil hələ satışa təqdim olunmayıb. Qiyməti təxnminən 60 min manat civarındadır. Bu dəfə final həyəcanı daha maraqlı və yaddaqalan olacaq. Belə ki, həmin gün “Maşın” realiti şounun iştirakçısı olmuş bütün məhşur simalar xatırlanacaq və onların şoudakı iştiraklarına, hətta yadda qaldıqları ən maraqlı məqamlara görə mükafatlandırılması planlaşdırılır. Mükafatlandırma mərasimi nominasiyalar üzrə təşkil olunacaq. Bununla yanaşı, 8 oktyabr, saat 18:15-də ATV telekanalında efirə gedəcək “Maşın” realiti şou haqqında “Maşın – Xüsusi buraxılış” adlı film nümayiş olunacaq. Bu, layihənin 12 illik efir tarixi barədə dolğun və ətraflı video-hesabatdır”, -deyə M.Dadaşov söyləyib. Layihənin rəhbəri T.Məmmədov bu mövsümdə “Səsvermə” ilə bağlı yeniliklər olduğunu söyləyib: “Artıq bütün mobil operator istifadəçiləri sevimli iştirakçısına səs göndərərək, dəstək ola biləcək. Eyni zamanda xarici ölkədə yaşayan vətəndaşların plastik kartlar vasitəsilə masinshow.az saytına daxil olaraq müəyyən ödəmə üsulunu seçməklə səs göndərməsi mümkündür”.

Nə düşünürsən?