Məşhur cütlük ikinci dəfə evləndi

  • 23.02.2021
  • 0

Türkiyəli müğənni Sinan Akçıl boşandığı həyat yoldaşı Burcu Kıratlı ilə yenidən evlənib.

BiG.AZ xəbər verir ki, cütlük otellərin birində toy edib. Xoş gündən görüntülər sosial şəbəkədə yayılıb.

B.Kıratlı bu dəfə ilk toyundan fərqli olaraq daha bağlı gəlinlik geyinməsi ilə diqqət çəkib. Sinan Akçıl və həyat yoldaşının nikah şahidi isə müğənni Sibel Can olub.

Qeyd edək ki, Burcunun ilk gəlinliyi xeyli müzakirəyə səbəb olmuşdu. Sinanla Burcu 2018-ci ildə Amsterdamda nikah masasına əyləşiblər. Doqquz ay sonra isə rəsmi şəkildə boşanıblar./Axşam.az

Nə düşünürsən?