Murad Boz: Tarkanın Bakı konsertindən sonra səhnəni sevdim

  • 02.10.2017
  • 0

Türkiyənin tanınmış müğənnisi Murad Boz “Bir Hülya Avşar sohbeti” verilişinin qonağı olub. Oxu.Az xəbər verir ki, o, uşaq yaşlarında səhnədən qorxduğunu və nifrət etdiyini bildirib. “Atam mahnı ifa etməyimi çox istəyirdi. 14 yaşıma qədər səhnəyə çıxmaq, mahnı oxumaqdan nifrət edirdim. Demək olar ki, məndə bu sənət həvəsi atam yaradıb. Bir çox müğənnilərin bek-vokalçısı olmuşam. Tarkan isə çörəyini yediyim insandır. Onunla işbirliyimizi ayırdıqdan sonra media bizi reytinq xətrinə gah dost, gah da düşmən kimi təqdim edirdi. Tarkanın Bakıdakı konsertindən sonra səhnəni sevdim. O, mənə səhnədə “Asla” mahnısını oxutdurdu. Bizi təxminən 35-40 min tamaşaçı izləyirdi. Orada sənətimə aşiq oldum və müğənni olmağa qərar verdim”,-deyə M.Boz bildirib.