Rəmişin son vəziyyəti

  • 03.02.2021
  • 0

Tanınmış gitara ifaçısı Rafiq Hüseynov 24 saat həkim nəzarətindədir Bir neçə gün bundan əvvəl səhhətində ciddi problemlər yaranaraq xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı, Rəmiş yəni Rafiq Hüseynovun müalicəsi hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir. REAL TV olaraq ifaçının səhhətinin vəziyyəti ilə maraqlanmaq üçün həmin xəstəxanaya baş çəkdik. Mikrafonumuzu ona doğru yönəldib durumunu öyrəndik. Həkimlərin sözlərinə görə. Rəmişin səhhəti ilk günlərə nisbətən indi yaxşıdır Həyat yoldaşı Güllü Hüseynova deyir ki, Rəmiş yəni Rafiq Hüseynov uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi. Son zamanlar isə vəziyyəti kəskinləşib. Xatırladaq ki, səhhətində problemlər yaranan Xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Rəmişin səhhəti nəzarətə götürülüb.

Nə düşünürsən?