Talıb Taleh qazandığı maşınla ata evində

  • 26.10.2017
  • 0

Ötən gün “Xanımlar və cənablar” devizi ilə başlayan “Maşın” realiti şousunun final gecəsi keçirilib. Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, yarşmada iki gün əvvəl Talıb Talenin qalib seçilməsi barədə yayılan xəbərlər öz təsdiqini tapıb. Belə ki, layihənin aparıcısı Murad Dadaşov rəsmi olaraq maşını Talıb Talenin qazandığını elan edib. Qalibi açıqlamadan əvvəl Xatun Əliyeva və Talıb Tale mübarizəsinin son dəqiqlələrini əks etdirən sujet yayımlanıb. X. Əliyeva əlini başından çəkərək həmkarının avtomobilə daha çox ehtiyacı olduğunu deyib: “Düşünürəm ki, məndən çox sənin maşına ehtiyacın var. Özümü sınadım, amma istəsəydim oynayardım. Bu maşınla atanın yanına gedərsən. Maşın olandan sonra evlən! Mən getdim, xeyirli olsun”. Sujetdən sonra avtomobilin açarları T. Taleyə təqdim olunub. Yarışmadan sonra sosial şəbəkələrdə hər kəs ifaçını birincilik münasibəti ilə təbrik edib. Hətta, müğənni Əlikram Bayramov Talıbın Bakıdakı evinə gedib, onun görüntülərini instaqramda paylaşıb. Videoda Talıb atasıyla danışdığı, sevincini onunla bölüşdüyü əks olunub.

Nə düşünürsən?