Xalq artisti "Azəriqaz"a təşəkkür etdi

  • 19.12.2020
  • 0

“Azəriqaz” İstehsalat Birliyi bir neçə gün əvvəl quruma müraciət edən Xalq artisti Yasin Qarayevin müraciətini cavabsız qoymayıb. Y.Qarayev Birliyə müraciətində Pirşağı qəsəbəsində yerləşən bağ evində təbii qazın olmadığını bildirib. Sənət adamlarına xüsusi diqqətlə yanaşan “Azəriqaz” İB qaz çəkilişi ilə bağlı məsələnin müsbət həll edilməsi üçün müvafiq işləri görüb. Müraciətinə həssaslıqla yanaşıldığına görə Xalq artisti minnətdarlığını bildirib. “Sevindirici halla rastlaşdım. Əvvəllər burada qaz boruları yox idi. Sayğac da quraşdırılıb. Bu bağ evimdir, havalar soyuyub, koronavirus pandemiyası da bir tərəfdən, arabir bura gəlməyə üstünlük verirəm. Qaz da olmayanda çətinlik çəkir, bağa gələ bilmirdim. Arzumu məmnuniyyətlə yerinə yetirdilər. Bu, savab işdir. İstərdim ki, işğaldan azad olunan yerlərdə tezliklə qaz xətləri çəkəsiniz. Dövlətimiz tərəfindən sənət adamlarına həmişə diqqət olub. Bu gün mənim üçün icra olunan qaz çəkilişi də buna əyani misaldır”, - deyə Xalq artisti bildirib.

Nə düşünürsən?