Bakıda isinmək üçün çadırlar quraşdırıldı

  • 24.02.2021
  • 0

Bakının müxtəlif yerlərində isinməyə ehtiyacı olanlar üçün şərait yaradılıb
Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır.

Hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar burada həm isti çay içə, həm yemək yeyə, həm də dincələ bilir.

İsinmə çadırlarının quraşdırılması Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir. “Regional İnkişaf” İctimai Birliyi Gəncləri həm də bayırda olan insanları isinmək üçün çadıra dəvət edirlr, İsti çaya və yeməyə ehtiyacı olduğu ilə maraqlanırlar.

İsinmə çadırlarının quraşdırılması memorandumuna əsasən, şəhərin müxtəlif 4-5 yerində xüsusi çadırların quraşdırılmasına başlanılıb.

Çadırlar qarlı hava şəraitinin bütün günlərində açıq olacaq. Bu işə nəzarəti RİİB-in könüllüləri və icra hakimiyyətinin əməkdaşları icra edəcək

REAL

Nə düşünürsən?