Qadınlardan ibarət olan kənd: kişilərin girişi qadağandır

  • 11.01.2021
  • 0

Dünyanın bir çox yerində qadınlar şiddət və təcavüzə məruz qalırlar. Xüsusilə bəzi üçüncü dünya ölkələrində qadınlara qarşı zorakılığa görə cəzalar belə verilmir. Hətta qadınlara təcavüz edildikdə, yenə onlar günahkar olur.Əslində son illərdə bu mövzuda aparılan işlər ilə qadınların hüquqları bütün dünya üzrə təmin olunmağa çalışılır. Qanunların işləmədiyi və yaxud da olmadığı yerlərdə isə qadınların özləri mübarizə aparırlar. Unikal.org xəbər verir ki, eynilə Keniyada olduğu kimi. Keniyada kişi şiddətindən və təcavüzündən qaçan qadınlar Umoja adlı bir kənd qurublar. Bu kəndə kişilərin girməyi qəti qadağandır.

Nə düşünürsən?