Qazıntı işləri aparan işçilər insan sümükləri tapıb

  • 23.02.2021
  • 56 baxış
  • 0

Ağdamda qazıntı işləri aparılan zaman insan sümükləri tapılıb. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Əhmədağalı kəndi ərazisində kəhriz quyularında təmizləmə işləri aparan işçilər insana məxsus, kəllə, qabırğa və ayaq sümükləri aşkar ediblər.

Sümükləri tapan Sakit Şirinov hadisəni belə xatırlayır: “Biz Çinarlı Kəhrizin işçiləriyik. Biz kəhrizləri bərpa edirik. Bura bizim qrunt çıxardıb tökdüyümüz yerdir. Ekskavator buranı qazan zaman sümüklər göründü. Sonra yığıb qoyduq kənara. Təsadüfən qarşımıza çıxıb”. 

Hadisə ilə bağlı dərhal ərazi üzrə icra nümayəndəliyinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. 

Nə düşünürsən?