“Rolls-Royce” ən sürətli elektrik təyyarəsini sınaqdan keçirdi

  • 06.03.2021
  • 0

Britaniyanın “Rolls-Royce” şirkəti “Spirit Of Innovation” təyyarəsinin sınaqlarını keçirib. Onun dünyanın ən sürətli elektrik mühərrikli təyyarəsi olacağı gözlənilir.

Bu barədə “Qafqazinfo” “Komsomolskaya Pravda”ya istinadən bildirir.

Dünya rekordunun bu ilin yazında müəyyən edilməsi planlaşdırılır. Təyyarə 482 km/saat sürət həddini aşmalıdır. Bu, Siemens Extra 330LE cihazının 2017-ci ildə imza atdığı rekorddan üçdə bir dəfə çoxdur.

Ən yeni “Spirit Of Innovation” təyyarəsində gücü 400 kVt (500 at gücü) olan güc qurğusu quraşdırılıb. Bu, ona lazımi sürətə çatmasında kömək etməlidir.

Nə düşünürsən?