Tibb işçilərindən yaralı əsgərimizə sürpriz

  • 16.11.2020
  • 0

Cəbhədə döyüş əməliyyatları zamanı yaralanmış Azərbaycan əsgərinə xəstəxana kollektivi ad günü sürprizi təşkil edib. Unikal.org xəbər verir ki, həkimlər və tibb bacıları əsgər Pərvin Muradov üçün tort alıb, onun ad gününü təbrik ediblər. Sosial şəbəkələrdə yayılan görüntüləri izləyicilər maraqla qarşılayıb. Yaralı əsgər yoldaşını döyüş meydanından çıxardarkən minaya düşən Pərvin Muradov hazırda xəstəxanada müalicəsini davam etdirir. 1988-ci ildə Sumqayıt şəhərində doğulan Pərvin Muradov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərə könüllü olaraq qoşulub.

Nə düşünürsən?