Bizi 23 yaşında tərk edən Şəhid - Bu gün 26 yaşı tamma olur

  • 15.10.2019
  • 0

Bu gün aprel döyüşlərində şəhid olan  Əbdülməcid  Axundovun doğum günüdür.  Yaşasaydı  26  yaşı  olacaqdı. Əbdülməcid  Axundov 1993-cü  ildə  Sumqayıt   şəhərində  anadan  olub. 2010-cü  ildə Sumqayıt  şəhərində yerləşən  16 saylı orta  ümumtəhsil məktəbini bitirib. O, məktəbi  bitirəndən  sonra Azərbaycan Texniki Universitetində  ali  təhsil alıb.Ali təhsilini başa vurandan sonra Əbdülməcid 2015-ci ilin iyul ayında  Səfərbərlik və Hərbi Xidmətə Çağırış  üzrə Dövlət Xidmətinin Sumqayıt şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Əbdülməcid  Axundov  2016-cı ilin  aprelində  baş  vermiş  toqquşmalarda  şəhid  olub.  9  aprel tarixində    Əbdülməcid Axundov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında  böyük izdihamla dəfn olunub.


Ə.Axundov ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli  medalla təltif edilmiş,adına mükafat təsis olunub.Şəhidin  haqqında film  çəkilib.


<a href="http://www.femida.az"><font color=blue><b>Femida.az</b></font></a>  xəbər  verir  ki, Şəhidin anası  Ceyran Axundova  bu günlə  bağlı  sosial şəbəkələrdə ürəkdağlayan paylaşım edib. 


Sənsiz keçən doğum günündü  bu gün...cansız şəklinə deyirəm: "Ad günün  mübarək, Məcid"...əbədi  23 yaşlı balam ..yaşasaydın 26 yaşını  qeyd edəcəkdik...sənsiz bu günü qeyd etmək mənimçün çox ağırdı...nur üzlü Şəhid balam..

Nə düşünürsən?