Məktəb direktorunun ŞOK videosu - EKSKLÜZİV

  • 05.02.2018
  • 0

Bax.tv-nin verdiyi məlumata görə,Nizami rayonu Ə.Mahmudov adına 220 saylı məktəb-liseydə baş verən hadisənin görüntüləri yayılıb. Tanınmış aktyor Rza Rzayev qeyd edir ki, adıçəkilən məktəbdə əxlaqsızlığın baş alıb getdiyi, ibtidai müəllimlərdən qanunsuz hazırlıq pulları yığıldığı və direktor əvəzi Tural Mirzəliyevin bu məsələlərə göz yumduğu, daha doğrusu, dəstək verdiyi bildirilib. Rza Rzayev bildirib ki, həmin məktəbdə ibtidai siniflər üzrə direktor müavini olan qohumu Zeynəb Rzayeva müəllimlərdən pul yığmadığı üçün işdən çıxarılıb. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi Cebhe.info-nun sorğusunu cavablandırıb: “ 220 nömrəli məktəb-liseydən verilmiş məlumatda qeyd olunur ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Heç bir maaş dəyişikliyi gözlənilmədiyi halda, Zeynəb Rzayeva bu qərara etiraz edib. Təxminən yarım saat sonra özünü Z.Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun otağına daxil olaraq, heç bir səlahiyyəti olmadığı halda məktəbin işinə kobud şəkildə müdaxilə edərək, ifadə edilməsi mümkün olmayan, olduqca nalayiq ifadələrlə direktoru təhqir və təhdid edib. Həmin hadisə digər şəxslərin şahidliyi ilə baş verib. Direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış videokameradan görüntülər və hadisə barədə müvafiq akt hüquq-mühafizə orqanlarına təqdim edilib. Bundan əlavə, məlum olub ki, direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını qeyd etdiyi siyahı hazırlayıb və sonradan həmin siyahıya başlıq əlavə edərək mətbuata verib. Bu məsələnin də araşdırılması ilə bağlı müvafiq müraciət olunub. Fevralın 1-də 220 nömrəli məktəb-liseydə BŞTİ əməkdaşının iştirakı ilə müəllimlərlə iclas keçirilib və müəllimlər tərəfindən müvafiq iddiaların tamamilə əsassız olduğu bildirilib”.

Nə düşünürsən?