Yetim Eyvazın oğlu intihara cəhd edib

  • 13.12.2017
  • 0

Mərhum şair Yetim Eyvazın oğlu, müğənni Aqşin Qurbanov intihara cəhd edib. Oxu.Az-ın məlumatına görə, bu barədə mərhumun oğlu “APA TV”-nin “Show time” verilişinə qonaq olarkən danışıb. O bildirib ki, intihara cəhd edib və həmin anda polis bölməsinə aparıblar: “Heç bir zaman şəkil çəkdirməkdən xoşum gəlməyib. Atam rəhmətə gedən günün səhəri şəkillərimi sosial şəbəkədə gördüm və pis oldum. Daha sonra dedilər ki, atasının yasına getmədi. Getməməyimin səbəbi də var idi. Mən “panik atak” xəstəsiyəm. Uzaq yol çıxa bilmirəm. Yəni bu xəstəliyi daşıyanlar Xırdalandan o tərəfə gedə bilmirlər. Düşündüm ki, atamın yasına gedərəm, mənə çox pis təsir edər. Bir sözlə, sosial şəbəkədə şəklimi görüb, pis oldum. İntihar etmək qərarına gəldim və gizlin yollarla getdim Əzizbəyov körpüsünün üstünə. Dostuma da tapşırdım ki, anama baxarsan. Qəfildən yoldan keçən maşınlar saxladılar, məni tutub dartıb aşağı endirdilər. Köynəyimi cırdılar, orada hətta biri məni döydü. Daha sonra məni apardılar Sabunçu rayon 12-ci polis bölməsinə. Bölmədə məni başa saldılar ki, boş ver…. Məni həyata ümidləndirdilər. Oradan da evə gəldim, saytlara xahiş etdim ki, şəklimi silsinlər. Bir-ikisi xahişimi nəzərə aldı, digərləri yox”. Qeyd edək ki, Yetim Eyvaz adı ilə tanınan şair Eyvaz Qurbanov bu ilin iyulunda 65 yaşında dünyasını dəyişib.

Nə düşünürsən?