“Akıncı”nın 61-ci sınağı da uğurlu alınıb

  • 09.12.2020
  • 0

Türkiyənin "Akıncı” pilotsuz uçuş aparatının 61-ci sınağı uğurla başa çatıb. Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin "Baykar” müdafiə sənayesi istehsalat birliyi məlumat paylaşıb. Şirkətin paylaşımda bildirilib ki, bir il əvvəl səmaya qalxan "Akıncı” pilotsuz uçuş aparatı artıq 61-ci testi də müvəffəqiyyətlə başa vurub. Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin büdcə müzakirələrində də "Baykar” müdafiə sənayesi istehsalat birliyinin fəaliyyətinə dəstək verilməsi gündəmdədir. Deputatlar "Akıncı” hücum pilotsuz uçuş aparatının (TİHA) qazandığı uğurları yüksək dəyərləndiriblər.

Nə düşünürsən?