Amerikanların "Telegram"a böyük köçü

  • 13.01.2021
  • 269 baxış
  • 0

Telegram son günlər ABŞ-da ən çox yüklənilən ikinci tətbiqə çevrilib. XəzərXəbər bildirir ki, Sputniknews-un məlumatına görə, ABŞ prezidenti Donald Trampın "Twitter" və "Facebook" hesablarının bloklanmasından sonra "Telegram" istifadəçilərinin sayında ciddi artım yaranıb. Statistikaya görə, ötən həftənin cümə günündən bazar gününə kimi ABŞ-da təxminən 545 min nəfər "Telegram" proqramını yükləyib ki, bu da hər zamankı rəqəmlərdən 3 dəfə çoxdur. Qeyd edək ki, "Telegram" mesajlaşma şəbəkəsi 2013-cü ildə Rusiyada yaradılıb. Hazırda 400 milyondan çox aylıq istifadəçisi var./Milli.Az

Nə düşünürsən?