Bayraktar hərbçilərimizə sertifikat verdi

  • 06.02.2021
  • 0

Azərbaycan Hava Qüvvələrinin 77 hərbçisi Baykar Mərkəzində təlimlərini başa vurdu Baykar Uçuş Tədris Mərkəzində Bayraktar TB2 PUA operatorluğu təhsili alan Azərbaycan Hava Qüvvələrinin 77 hərbçisi tədris prosesini uğurla başa vurub. REAL TV-nin Türkiyə bürosu xəbər verir ki, PUA pilotu, növbətçi komandir, yük operatoru və texnik vəzifəsini icra edəcək Azərbaycan əsgərlərinə sertifikatlar Baykar Uçuş Təlim Mərkəzində təşkil edilən mərasimdə təqdim edilib. Sertifikatların verilməsi mərasiminə Baykarın Baş direktoru Haluk Bayraktar və Baykar Texnoloji Lideri Selçuk Bayraktar qatıldı. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycan Hərbi Hava Qüvvələri Komandanlığının yüksək hərbi vəzifəli şəxsləri də mərasimdə iştirak ediblər. Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin 77 hərbçisi 4 aya yaxındır ki, Baykar Uçuş Tədris Mərkəzindəki təlimlərdə iştirak edirdilər.

Nə düşünürsən?