Dünyada “5G” şəbəkəsinin əhatə zonası sürətlə genişlənəcək

  • 04.12.2020
  • 0

2020-ci ilin sonunadək 1 milyarddan çox insan "5G” şəbəkələrinin əhatə zonasında yaşayacaq. Bu halda qoşulmaların sayı 220 milyona bərabər olacaq. Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat "Ericsson Mobility Report”un hesabatında yer alıb. Mütəxəssislərin proqnozuna görə, 2026-cı ildə dünyada hər 10 qoşulmadan 4-ü beşinci nəslin şəbəkələrinin payına düşəcək. O vaxtadək isə dünya əhalisinin 60 faizi "5G” şəbəkələrinin əhatə zonasında yaşayacaq. İndi dünyada 106 kommersiya "5G” şəbəkəsi fəaliyyət göstərir. Çində bütün qoşulmaların 11 faizi beşinci nəsil şəbəkələrinin payına düşür. "5G” şəbəkələrinin sayına görə ikinci yeri Şimali Amerika tutur.

Nə düşünürsən?