İlin ən sürətli smartfonları açıqlandı

  • 23.12.2020
  • 0

Android üçün əvəzolunmaz test tətbiqlərindən biri olan AnTuTu ən sürətli smartfonları açıqlayıb. Unikal.org xəbər verir ki, siyahıda yer alan telefonların əksəriyyəti Qualcomm Snapdragon 865 ilə təchiz edilib. 2.84 GHz-də işləyən bu səkkiznüvəli prosessora Adreno 650 GPU və Snapdragon X55 modemi daxildir. Ancaq bu yaxınlarda təqdim olunan Kirin 9000 daha ilk sıralarda yer alır. Ümumi siyahı isə aşağıdakı kimidir: -Huawei Mate 40 Pro; -Asus ROG Phone 3; -Oppo Find X2 Pro; -Vivo iQOO Neo 3; -Samsung Galaxy Note 20 Ultra 5G; -Samsung Galaxy Z Fold 2 5G; -OnePlus 8 Pro; -Xiaomi Mi 10T Pro 5G; - OnePlus 8T; -Xiaomi Black Shark 3.

Nə düşünürsən?