Kosmosda Azərbaycan-Türkiyə işbirliyi

  • 21.02.2021
  • 0

“Türkiyə Azərbaycanla kosmik sahədə əməkdaşlığı inkişaf etdirəcək”
Türkiyə türkdilli ölkələrlə, o cümlədən Azərbaycanla kosmik sahədə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.

bu barədə Türkiyənin Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyin Yıldırım Bakıda jurnalistlərlə söhbətində bildirib.

O, deyib ki, Azərbaycanda da bilik və təcrübəsi kosmik proqramın həyata keçirilməsində Türkiyə üçün faydalı olacaq bir çox alim var. Yaxın gələcəkdə digər ölkələrlə iş birliyi qurmaq və nəticədə astronavtika sahələrində layiqli yer tutmaq niyyətində olduqlarını deyib

Yıldırım bildirib ki, Türkiyə kosmik proqramı hazırlayarkən qarşısına ambisiyalı məqsədlər qoyub. Kosmik proqramın icrası üçün bütün imkanları var və beynəlxalq əməkdaşlığa hazırıq olduqlarını bildirib.

Agentlik rəhbərinin sözlərinə görə, kosmik proqram üzrə danışıqlar artıq dünyanın 20-yə yaxın ölkəsi ilə aparılıb və beynəlxalq əməkdaşlığın bütün ölkələrin maraqlarına cavab veridiyini əlavə edib.

REAL

Nə düşünürsən?