Sərt karantin rejimi dövründə sakinlər susuzluqdan əziyyət çəkir

  • 14.06.2020
  • 0

Binəqədi rayonunda sakinlər sularının olmamasına etiraz ediblər. YPX.AZ xəbər verir ki, Binəqədi rayonu 1-ci mədən 18-ci korpus adlanan ərazinin sakinləri uzun illərdir su problemləri yaşadıqlarını və sərt karantin günü suzun onlara çox çətin olacağını bildirərək etiraz ediblər. Sakinlər karantin dövründə sususz qaldıqlarını, infeksiyanın hər gün yayıldığı bir zamanda susuz təmizliyin mümkün olmadığını bildiriblər. Polis əməkdaşları isə vətəndaşlar arasında sosial məsafənin qorunmalı olduğunu bildirərək onların təhlükəsizliklərini təmin etməyə çalışıblar. Polis əməkdaşlarından biri: "Danışmışıq, 4-5 maşın su gəlir" - dedikdən sonra sakinlər evlərinə dağılışıblar. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?