SMS-icazə ilə bağlı yenilik

  • 25.06.2020
  • 0

8103 SMS icazə xidmətinin fəaliyyətində dəyişikliklər edilib. Artıq vətəndaşın müvafiq kod üzrə müraciətinə cavab SMS-i 1 yox 15 dəqiqə ərzində gələcək. Buna səbəb SMS icazədən sui-istifadə hallarının qarşısını almaqdır. "E-təbib" mobil tətbiqi vasitəsi ilə də icazə almaq mükündür. 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək. "E-Təbib" mobil tətbiqi vasitəsi ilə edilən bu cür müraciətlər isə 5 dəqiqə ərzində cavab təmin olunacaq. Hər iki halda vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət də qeyd olunacaq.

Nə düşünürsən?