Goranboyun Qazanbulaq qəsəbəsi su problemi ilə üzləşib

  • 18.07.2020
  • 0

Bu qəsəbəyə sanki payız gəlib, bəzi ağaclar üzərindəki meyvələrlə birgə quruyub, digərlərinin yarpaqları isə vaxtından əvvəl saralıb... Xezerxeber.az-ın məlumatına görə, söhbət Goranboyun Qazanbulaq qəsəbəsindən gedir. 1000-ə yaxın sakini olan qəsəbənin ən böyük problemi içməli su ilə bağlıdır. Qazanbulaq sakinləri bildirir ki, içməli su Kürəkçaydan ayrılan qoldan gəlir. Qola yaxın yerdə yaşayanlar sudan öz təsərrüfatlarında suvarma məqsədilə istifadə edirlər. Nəticədə bir qədər aralıda yerləşən qəsəbənin sakinləri su problemi ilə üz-üzə qalırlar. Mövcud vəziyyətlə bağlı "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, sözügedən qəsəbə Kürəkçayın aşağı hissəsində yerləşir və sudan istifadə edən 140 ev təsərrüfatı var. Qışda, payızda və yazda insanlar normal qaydada içməli su ilə təmin edilir, amma hazırda çayda su demək olar ki, quruyub. Bu da su ilə təchizatda fasilələrin uzanmasına səbəb olur.

Nə düşünürsən?