Su kanalı xəstəlik mənbəyinə çevrilib

  • 19.07.2020
  • 0

Su kanalının içərisi və kənarları zibilliyi xatırladır. Müxtəlif məişət tuallantıları ilə yanaşı, heyvan leşlərinin də atıldığı bu əraziyə üfunətdən yaxınlaşmaq mümkün deyil. Xezerxeber.az-ın məlumatına görə, söhbət Binəqədi rayonu, Goradil kəndindən gedir. Burada zibil yeşiklərinin olmaması Abşeron magistral su kanalının kənd ərazisindən keçən hissəsində belə bir mənzərə yaradıb. Sakinlər deyirlər ki, Abşeron Suvarma Sistemləri İdarəsinin əməkdaşları kanalı vaxtaşırı təmizləsələr də, çıxardıqları zibili elə buradaca qoyub gedirlər. Bu isə vəziyyəti daha da kəskinləşdirir. Məsələ ilə bağlı Abşeron Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Qəmbər Həsənov "Xəzər Xəbər”ə bildirdi ki, bu cür vəziyyətin yaranmasına səbəb ərazidə zibil yeşiklərinin olmamasıdır. Kanal tez-tez təmizlənsə də, əhali yenidən bu hala salır. Zibil yeşiklərinin olmamasına gəlincə, Binəqədi Rayon İcra Hakimiyyətindən bildirildi ki, sakinlərin müraciəti nəzərə alınaraq, həmin yerə yeni zibil yeşikləri qoyulacaq. Qeyd edək ki, Abşeron Magistral su kanalı mənbəyini Ceyranbatan gölündən götürür və Zirə qəsəbədinədək uzanır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?