Livanlı ata partlayış anında oğlunu belə qorumağa çalışdı

  • 05.08.2020
  • 0

Livanın paytaxtı Beyrutda dünən axşam saatlarında baş verən dəhşətli partlayış şəhərin bir çox yerlərində hiss olunub. Bu zaman yaşayış evlərinin birində ata oğlunu masanın altında gizlətməklə qorumağa çalışıb. BiG.AZ-ın haberler.com-a istinadən verdiyi xəbərə görə, həmin anlar mənzildəki müşahidə kamerasına düşüb. Kadrlardan göründüyü kimi, livanlı ata qəfil eşidilən partlayış səsindən təşvişə düşərək öncə uşağını qucağına alıb, sonra isə masanın altına gizlədərək qorumağa çalışıb. Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayışda 100-dən çox insan həlak olub. xəsarət alanların sayı 4000-i keçib. Hadisə ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan olunub.

Nə düşünürsən?