Ağıllı maska istehsal olundu: 8 dildə...

  • 07.08.2020
  • 0

Koronavirus pandemiyası tibbi maskaları artıq dəb halına salıb. Zamanənin trendi olan maskalar müxtəlif parçalardan, müxtəlif şəkildə hazırlanır. Bu "aksesuar” hətta texnologiya şirkətlərinin də diqqətini cəlb edib. Yaponiyanın "Donut Robotics” şirkəti yaponcadan 8 dilə tərcümə edən mikrofonlu maska hazırlayıb. Maska "bluetooth” köməyi ilə mobil telefona və ya planşetə qoşulur, insanın dediklərini mətn halına çevirib səsləndirir. Maska, həmçinin, onu taxan şəxsin səsini mikrofon vasitəsi ilə yüksəldir və bununla sosial məsafəni qorumağa yardım edir. Plastik və silikondan hazırlanan maskada dəliklər olduğu üçün o, həqiqətdə koronavirusdan qorumur və adi üz maskasının üstündən taxılır. Şirkətin rəhbəri Taisuke Ono bildirib ki, "C-mask” adlandırdıqları ixtira insanların maskada dediklərinin daha aydın başa düşülməsi üçün hazırlanıb. Qeyri-adı maskanın sentyabr ayında satışa çıxarılacağı planlaşdırılır. Satış qiyməti 40 dollar olacaq. unikal.org

Nə düşünürsən?