Bill Qeyts virusun bitəcəyi tarixi açıqladı

  • 09.08.2020
  • 0

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts dünyanı cənginə alan yeni növ koronavirusun (COVID-19) nə zaman tamamilə yox olacağına dair yeni açıqlama verib. Oxu24.com -un xəbərinə görə, Qeytsin fikrincə, pandemiyanın başa çatması üçün ən azı 1 ilə ehtiyac var. “Zənnimcə, pandemiya zəngin ölkələrdə 2021-ci ilin sonunda, dünyanın yerdə qalan hissəsində 2022-ci ilin axırında bitəcək”, – deyə söyləyib. Vaksin hazırlıqlarının davam etdiyinə diqqət çəkən Qeyts qeyd edib ki, yan təsirləri nəzarətdə saxlamaq üçün üçüncü mərhələdə üç və ya dörd aya ehtiyac olacaq: “Vaksin və dərmanla bağlı olduqca təsirli proseslər gedir”.

Nə düşünürsən?