İsmayıllı rayonunun Qrinkonun “Vals”ı ilə təqdimatı

  • 09.08.2020
  • 0

İsmayıllı rayonunun müxtəlif gəzməli və görməli yerlərini özündə əks etdirən videoçarx hazırlanıb. Sözügedən videonu rayonun İcra Hakimiyyətinin başçısı Nahid Bağırov öz "Facebook” profilində paylaşıb. Video məşhur rusiyalı musiqiçi Yevgeni Qrinkonun bəstələdiyi və pianoda ifa etdiyi "Vals” əsərinin fonunda təqdim olunub. Maraqlıdır ki, sözügedən musiqini videoklipdə rayonun F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin şagirdi Cavanşir Abdullayev pianoda ifa edib. Rayonun turizm potensialının nümayiş olunduğu videoklipi təqdim edirik:

Nə düşünürsən?