Bakıda avtobusların hərəkəti necə tənzimlənir?

  • 10.08.2020
  • 0

Müntəzəm və ekspress xətlər üzrə sərnişindaşımaların təşkilində vacib məqamlardan biri də hərəkətin intelektual idarə olunmasıdır. Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində bununla bağlı zəruri tədbirlər görülür. Avtosfer.az Mərkəzdə çəkiliş apararaq iş fəaliyyətini araşdırıb. Belə ki, iri monitorlar vasitəsilə əsas nəqliyyat yükü olan və avtobusların daha çox hərəkət etdiyi yollara nəzarət edilir. Xüsusilə avtobusların hərəkəti, dayanma-durma qaydalarını pozan sürücülər diqqət mərkəzində saxlanılır. Mərkəzin əməkdaşları mütəmadi olaraq məlumatları toplayır və ərazidə olan əməkdaşlarına ötürür. Nəticədə tənzimləmə prosesi həyata keçirilir. BNA rəsmisi Vüqar Məmmədzadə Avtosfer.az-a bildirib ki, İntellektual İdarəetmə mərkəzinin əməkdaşları mütəmadi olaraq prosesi nəzarətdə saxlayır və hər hansı sıxlıq olarsa bu barədə məlumat verilir. Eyni zamanda hazırda metronun fəaliyyət göstərməməsi də müəyyən çətinliklər yaradıb. Sıxlıq olduqda həmin əraziyə dərhal avtobuslar göstərilir.

Nə düşünürsən?