Ölkəmizdə növbəti neft bumu

  • 11.08.2020
  • 0

Qarabağ yatağı 60 milyon ton neft ehtiyatına malikdir "2022-ci ilin sonunda Qarabağ yatağından ilk neftin hasilatına start veriləcək. Sonrakı 1,5 il ərzində o öz layihə gücünə çatacaq. Ümumiyyətlə isə Qarabağ yatağı 60 milyon ton neft ehtiyatına malikdir." Bunu iqtisadçı-ekspert REAL-a müsahibəsində İlham Şaban deyib. Hazırda isə yataqda quraşdırılan dayaq blokunun üst qurğularının layihələndirmə işləri aparılır və cari ilin noyabr ayında bu işlər yekunlaşacaq. Gələn ilin əvvəlindən isə tikinti işlərinə start veriləcək. Dənizin 182 metr dərinliyində quraşdırılacaq dayaq blokunun diafraqmalar üzrə hündürlüyü 187 metrdir. Dayaq bloku 10 ədəd əsas, 10 ədəd köməkçi ayaqlara malikdir. "Azəri-Çıraq Günəşli", "Şahdəniz", kimi kapitalyönümlü layihələrdən fərqli olaraq, "Qarabağ" yatağı üçün kapital qoyuluşu 2-2,5 milyard dollar arasında qiymətləndirilir. Qeyd edək ki, bu ilin mart ayında Qarabağ yatağında, 3400 metr dərinlikdə neft layı aşkar edildi və burada ilkin olaraq 60 milyon tona qədər geoloji ehtiyatın olduğu məlum oldu. Halbuki, 1997-1998-ci illərdə həmin yataqda qazılmış 3 kəşfiyyat quyusunda cəmi 17 milyon tondan bir qədər artıq neft ehtiyatının, və 28 milyard kub metr qazın olduğu müəyyənləşmişdi..