"Yabancı Damat" serialının aktrisası yeni obrazda

  • 20.08.2020
  • 0

Bir zamanlar olduqca maraqla izlənilən "Yabancı Damat" serialının sevilən və komik obrazı "Nazire"ni canlandıran Binnur Kayadan yeni xəbər var. BiG.AZ türk mediasına istinadən xəbər verir ki, sevilən aktrisa Binnur Kaya uzun müddətdən sonra "Kırmızı oda" serialı ilə ekranlara yenidən geri qayıdacaq. Eyni zamanda bu serialda Meriç Aral və Hande Doğandemir də rol alacaq. Qeyd edək ki, aktrisa sonuncu dəfə 2013-2015-ci illərdə yayımlanan "Aramızda Kalsın" serialında çəkilib. Aktrisa bu rolu ilə də böyük rəğbət qazanıb.

Nə düşünürsən?