Dövlət satınalmalarına nəzarət gücləndirilir

  • 21.08.2020
  • 0

Dövlət satınalmalarına nəzarət gücləndirilir. Məqsəd dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərxlənməsinə və tenderlərin şəffaf şəkildə keçirilməsinə nail olmaqdır. Dövlət satınalmalarında işləri və ya xidmətləri götürən təşkilatlar sənədlərdə yol verdikləri nöqsana görə prosesdən uzaqlaşdırıla bilər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti belə bir açıqlama yayıb. Dövlət xidməti bellə halla qarşılaşmamaq üçün satınalan təşkilatları sənədləşmə məsələsində daha diqqətli olmağa çağırır. Satınalma prosesində iştirak edən malgöndərənlərin adları, hüquqi ünvanları və bank rekvizitləri yekun protokollarda düzgün qeyd edilməli, onların eyni ünvanda qeydiyyatda, habelə təsisçilərinin və qanuni təmsilçilərinin eyni şəxs olub-olmaması məsələlərinə diqqət yetirlməlidir. Tələblərə cavab verməyən malgöndərənlərin tenderdən kənarlaşdırılmasına nəzarət edilməlidir. Tender təkliflərində hesablama səhvləri aşkar edildikdə bu barədə məlumat yekun protokolda qeyd edilməlidir. Həmçinin, tender təkliflərinin qiymətləndirilməsi meyarları tender elanında göstərilən meyarlara uyğun olmalı və qanunvericiliyə müvafiq tətbiq edilməlidir. Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq tərtib olunan tender komissiyasının yekun protokolu onun imzalanmasından sonrakı 3 bank günü ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunmalıdır.

Nə düşünürsən?